“100 milyard dollarla pul iqtisadiyyata buraxıla bilər”backend

“İnkişaf etmiş bazarların mərkəzi bankları 2008 böhranında olduğu kimi, yenə də iqtisadiyyatı pul gölündə boğmağa başladılar”

“Yeni Gündəm” xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev feysbukda yazıb. Onun sözlərinə görə, ABŞ FED-i xəzinə istiqrazlarını və ipoteka qiymətli kağızlarının alınmasına 700 mlrd. dollardan yönəltməyə qərar verdiyi vaxtda FED-in keçmiş rəhbərlərindən Bernanke və Yellen daha bir təkliflə çıxış edib:

“Onlar təklif edirlər ki, İngiltərə və Yaponiya Mərkəzi Banklar kimi FED-ə də korporativ borcları almaq səlahiyyəti verilməlidir. Amma burda 2 meyar gözlənməlidir – yalnız investisiya reytinqli borclar və ödənməsində ciddi problemlərin yarandığı təsbih edilmiş borclar alınmalıdır. Əgər Konqress FED-ə bu səlahiyyətə verərsə, çap maşını 100 mlrd. dollarla pulu iqtisadiyyata buraxacaq.

Məlumat üçün deyim ki, korporativ borcların tənzimləyici tərəfindən alınması təcrübəsini son böhranda İngiltərə və Avropa Mərkəzi Bankları sınaqdan istifadə etdi.

Əgər FED bu səlahiyyəti qazansa, öz portfelini 2008 böhranından ən azı 2 dəfə çox (təxminən 5 trln. dollar) artırmaq imkanı qazanacaq.

Bu arada Avropa Mərkəzi Bankı 750 “Pandemik Fövqəladə Alış Proqramı” adı altında balansını 750 mlrd. dollar genişləndirməyi qərara alıb. Proqram dövlət və korporativ istiqrazların alışını əhatə edəcək.

Artıq proqramının üzv dövlətlərdən Yunanıstanın borc öhdəliklərin əhatə edəcəyi artıq dəqiqləşib.

Real sektorun tələb məhdudluğundan fərqli olaraq təklifdən qaynaqnlanan ağır böhran yaşadığı hazırkı şəraitdə monetar alətlərin nə dərəcədə təsirli olacağı ilə bağlı polemikalar davam edir.

İddialı bəyanatlarına baxmayaraq resurs ölkələri bu prosesdə iştirakçı yox, tamaşaçıdır. Gözləyirlər ki, nəhəng iqtisadiyyatlar böhranı yenəcək, onlar da yenidən təbiətdən bəxşiş aldıqları resurslarını sərfəli qiymətə satıb mövcudluqlarına davam edəcəklər”.