100 minlik qol saatı oğurlandıbackend

Bakıda maşından 100 min manatlıq saat oğurlanıb.

Oğurluq iyunun 3-də Binəqədi rayonunda yaşayan Əli Quluzadənin avtomobilindən edilib.

Onun maşınındakı 100 min manat dəyəri olan qol saatı oğurlanıb. Artıq cinayəti törədən 29 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Cəlilabad rayon sakini olan şəxsin əvvəllər də oğurluğa görə məhkum edildiyi bildirilir.

Qafqazinfo