12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!backend

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Belə bir şəxsiyyəti anmaq, yad etmək üçün “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyəti və birliyin fəxri üzvləri tərəfindən anım  mərasimi keşirildi.

Anım mərasimində, “Vətən Müharibəsi Əlillərinə Kömək ” İctimai Birliyinin sədri Qurban Məmmədov Ümummilli Liderin müstəqillik, yaradıcılıq, quruculuq ideyaları, həmçinin bu ideyaların cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu davamı tədbir iştirakçıları üçün nümunə gətirdi və hər kəsi xalqımızın davamlı inkişaf strategiyasına bu istiqamətdən yanaşaraq töhfə verməyə çağırdı.

Sonda, bütün tədbir iştirakşıları fəxri xiyabana gedərək ziyarəti davam etdirdi. Ulu öndərin büstü önünə əklil qoyuldu, tər qərənfillər düzüldü və dualar oxundu.

Yaşasın Heydər Əliyev siyasəti və onun layiqli davamçısı İlham Əliyev !