Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, Zonquldak vilayətində Türkiyə bayraqlı yük daşıyan “Kafkametler” fırtınadan sonra batıb.
“Yeni Gundem” “Milliyet”-ə istinadən yazır ki, bir dənizçi həlak olub, daha 11 ekipaj üzvü itkin düşənlər siyahısındadır.
İzmirə gedən “Kafkametler” gəmisi dalğaqırana çırpılaraq batıb”, – deyə nazir brifinqdə bildirib.
12 ekipaj üzvündən birinin ölümü ilə bağlı Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz İşləri Baş İdarəsi məlumat yayıb. Meyidin Ereğli şəhərindəki çimərlikdə tapıldığı dəqiqləşdirilir.
Qeyd edək ki, bir gün əvvəl Kamerun bayrağı altında üzən “Pallada” yük daşıyıcısı Türkiyənin Zonquldak vilayətində Qara dəniz sahillərində quruya çırpılıb, bundan sonra güclü dalğalar səbəbindən gəmi iki hissəyə bölünüb.
Gəmidən 13 nəfərdən ibarət ekipaj Türkiyənin təbii fəlakətlə mübarizə idarəsi (AFAD), sahil mühafizəsi və yanğınsöndürmə briqadaları tərəfindən təxliyyə edilib. Eyni zamanda, Panama bayrağı altında üzən başqa bir gəmi də həmin ərazidə sahilə çırpılıb. Sahil mühafizəsi komandanlığı və yanğınsöndürmə briqadası gəminin şəxsi heyətini təxliyə edib.
Mənbə: mail.ru
Aynur Camal