122 nəfər 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxıldı – FOTOLARbackend

8 Noyabr – Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən 49 nəfərə şamil olunub”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, amnistiya aktı şamil edilən müəssisədə bu gün 49 nəfər azadlığa buraxılıb:

“Daha əvvəl müəssisədən amnistiya aktı tətbiq edilən 73 nəfər azad edilib. Ümumilikdə bu cəzaçəkmə müəssisəsindən 122 nəfər azadlığa buraxılıb”.

Qeyd edək ki, 5 noyabr tarixindən icrasına başlanılan amnistiya aktı bitənə qədər Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən 500 nəfərdən çox məhkuma şamil edilməsi gözlənilir.