“15 kasım Türk dünyası tarixində çox əlamətdar bir gündür.” – AÇIQLAMAbackend

Noyabrın 15-də Şimali Kipr Türk Respublikasının yaranmasından 39 il ötür.

Müstəqil KKTC 1983-cü il noyabrın 15-də elan olunub. Türk Dünyasının “Yavru Vətən”I hesab olunan Şimali Kipr müstəqilliyini asan əldə etməyib.Yunanların adada tüklərə qarşı apardığı soyqırımı dayandırmaq üçün 1974-cü il iyulun 20-də Türkiyənin Baş naziri Bülənt Ecevitin başçılığı ilə Türkiyə Silahlı Qüvvələri Kiprdə hərbi əməliyyat keçirib. Bu hərəkat nəticəsində Şimali Lefkoşa da daxil olmaqla adanın 37 faizi türklərin nəzarətinə keçib, Kiprin Yunanıstan tərəfindən ilhaqının qarşısı alınaraq, adada yaşayan türklərin təhlükəsizliyi təmin olunub.Əslində bu prosesin başlanğıcı ötən əsrin 50-ci illərinə gedib çıxır. Həmin vaxt adadakı yunanlar Yunanıstana birləşmək üçün fəaliyyətə keçiblər. Buna qarşı çıxan türklərə olmazın işgəncələrini veriblər.Artıq adanı tam itirmək təhlükəsinin yarandığını görən Türkiyə Dövləti prosesin qarşısını almaq üçün hərəkətə keçib.Bu hərəkat zamanı Türkiyə Ordusu 498 şəhid verib, Kiprdə yaşayan 1672 hərbçi və mülki türk həlak olub.”Bu gün Türk dünyası tarixində çox əlamətdar bir gündür.Bu ada türklərin yaşadığı yer olub .Uzun illər boyu Osmanlı imperatorluğunun mövcudluğu dövründə ,Kipr türkləri onların tərkibində olub ,onlara bağlı olub . İmperiya dağıldıqdan sonra ,bu adanın çox acı , mürəkkəb taleyi olub .”

Bu sözləri Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O həmçinin Kıprısın türk dövlətləri təşkilatındaki yerində də danışıb.

“Kıprıs dünya dövlətləri tərəfindən tanınmasada ,türk dövlətləri təşkilatında onu müstəqil dövlət kimi görürük . Təşkilata üzv qəbul etmələri çox sevindirici haldır.Kıprısda hər şey öz yerindədir. Çox arzulayardıq ki,dünyanın böyük beynəlxalq təşkilatlarında müstəqil dövlət kimi təmsil olunsun“

Millət vəkili Şimali Kipr Türk Respublikasına qarşı dünyanın etdiyi ədalətsizliyinidə açıqlayıb:

“Təxminən 10 il bundan əvvəl BMT-nin bir layihəsi var idi.Onu təsdiq edənlər AB-yə daxil ediləcəkdir, inkar edənlər kənarda qalacaqdır. Ancaq nəticə tərsinə oldu.Kıbrıs türkləri lahiyəni təsdiqlədi. Yunan Kıprısı təsdiq etmədi. İkiüzlülük edərək inkar edəni Avropa Birliyinə aldılar.”

Qeyd edək ki,13 fevral 1975-ci ildə Kipr Türk Federasiyası qurulub. Federasiyanın dövlət və parlament başçısı olan Rauf Denktaş 15 noyabr 1983-cü ildə elan olunan Şimali Kipr Türk Respublikasının (KKTC) ilk prezidenti seçilib. Bu günədək müstəqilliyi tanınmayan KKTC-dan fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib.

Fərahim

Yenigundem.az