Böyük Britaniyanın müdafiə naziri Ben Uolles istefa verdibackend

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles istefa ərizəsini Britaniyanın baş naziri Rişi Sunaka təqdim edib.”Nazir işlədiyim müddətdə hökumətin müxtəlif təhdidlərə və hadisələrə reaksiya verməsində öz töhfəmi vermişəm. Orduya getdiyim gündən bəri özümü vətənə xidmətə həsr etdim. İndi isə işlə bağlı bu günə qədər ailəmə və özümüə ayıra bilmədiyim vaxtı tənzimləmək istəyirəm. Hazırda arzu etdiyim sahələrə sərmayə qoymaq istədiyini ifadə edən Wallece, “Yeni fürsətləri araşdırmağın vaxtıdır” deyib.

“Yeni Gundem” xəbər verir ki, Böyük Britaniyanın baş naziri Sunak Uollesin istefasını qəbul edib və ona vəzifələrinə görə təşəkkür edib.

Onun əvəzinə isə 54 yaşlı Qrant Şapps Böyük Britaniyada Müdafiə Nazirliyi tərəfindən Enerji Təhlükəsizliyi və Sıfır Emissiya naziri təyin edilib.

Şapps enerji təhlükəsizliyi, nəqliyyat, daxili işlər, ticarət naziri vəzifəsində çalışıb.

Mənbə: İLKHA

Aynur Camal