Türkiyədə mərc oyunları və şans oyunlarından əldə edilən gəlirlərin yuyulması cinayətlərinə qarşı əməliyyatlar keçirilir.“Kibergöz” adlı əməliyyatda 43 şübhəli ələ keçirilib.
“Yeni Gundem” xəbər verir ki, əməliyyatlar davam edir. Qeyri-qanuni mərc oyunları ilə əldə edilən gəlirlərin yuyulması üçün Türkiyənin 3 vilayətdə başladılan genişmiqyaslı əməliyyatda 43 şübhəli şəxs saxlanılıb və xeyli miqdarda pul ələ keçirilib.
Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında “Cybergöz” adlı əməliyyatın təfərrüatlarını paylaşıb. Çıxışında “İdman Yarışlarında Mərc və Şans Oyunlarının Tənzimlənməsi haqqında Qanunu pozan cinayəti törədənləri yaxından izləyirik və bu cür qanunsuz oyunlara qarşı əməliyyatlarımız artaraq davam edəcək” deyib.
Mənbə: TGRT
Aynur Camal