16 obyektdə pozuntular aşkarlandı – SİYAHIbackend

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən 10 dekabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 424 ictimai iaşə obyektində 803 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 16-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri, Moskva pr 78 ünvanında yerləşən, fiziki şəxs Mehdili Mehdi Oruc oğluna məxsus kafe, Moskva pr-də yerləşən, fiziki şəxs Mövsumova Firəngiz Nurməmməd qızına məxsus kafe, Moskva pr-də yerləşən, fiziki şəxs Səfərova Aysel Nazir qızına məxsus kafe, S. Qurbanov ev1 ünvanında yerləşən, fiziki şəxs Aydınzadə Qulam Etibar oğluna məxsus “Boranı” restoranı, yeni Suraxanı qəs., Mərkəzi küçəsində yerləşən, fiziki şəxs Abbasov Şahin Vəliyulla oğluna məxsus “Dönəritto” kafesi.

Sumqayıt şəhəri, 12-ci mkr, ev 27 ünvanında yerləşən, fiziki şəxs Qafarov Tərlan Telman oğluna məxsus “Okean” kafesi, Novxanı yolunda yerləşən, fiziki şəxs Quliyeva Könül Seyfəddin qızına məxsus “Ləman” ailəvi istirahət mərkəzi, Sülh küçəsi 134 A ünvanında yerləşən, fiziki şəxs Əhmədov Rüfət Hacıabış oğluna məxsus “Antalya” dönər evi, 9 cu mkr-da yerləşən, fiziki şəxs Paşayev İlman Mansur oğluna məxsus “Sərin” kafesi, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Fərzəliyev Bəhruz Səməd oğluna məxsus “999” kafesi.

Abşeron rayonu, Masazır, Yeni Bakı Y/M-də yerləşən, fiziki şəxs Şükürov İzzət Təzəxan oğluna məxsus “Korona” kafesi, Masazır qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən, fiziki şəxs Əhmədov İlkin Səfərəli oğluna məxsus “Bublik” kafesi, Masazır kəndi, A. Abdulhüseynov küçəsində yerləşən, fiziki şəxs Babayev Şəhriyar Nizam oğluna məxsus “Ailə Lahmacun” kafesi, Xırdalan şəh., T. İsmayılov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Xəyal Rəfail oğluna məxsus “Kabab evi” kafesi.

Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən, fiziki şəxs Qəhrəmanov İlkin Sədi oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.