16 yaşlı oğlan qəzada öldü, daha 2 yaralı varbackend

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündem”in xəbərinə görə, şəhərin Eminbəyli küçəsi ilə hərəkət edən “Niva” idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı 2004-cü il təvəllüdlü Şahin Hacıyev dünyasını dəyişib. İki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.