16 yaşlı qızı oteldə 30 nəfər zorladı, işə Baş nazir qarışdı – FOTObackend

Yeniyetmə qızın onlarla kişi tərəfindən təcavüzə məruz qalması ölkədə rezonans doğurub.

“Yeni Gündəm” Nyu-York Post-a istinadla xəbər verir ki, İsraildəki otellərin birində 16 yaşlı qız 30 kişi tərəfindən zorlanıb. Olay İsrailin Eylat şəhərində baş verib.

Times of Israel-in məlumatına görə, cinayətlə bağlı iki nəfər saxlanılıb. Saxlanılanların yaşı 20-30 arasıdır.

İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi Tvitter hesabında paylaşım edərək sözügedən hadisəni insanlığa qarşı cinayət adlandırıb.

“Bu, təkcə həmin qıza deyil, ümumiyyətlə, insanlığa qarşı cinayətdir. Söz tapa bilmirəm”, – Baş nazir Tvitter-də yazıb.