17 yaşlı qız 19 gündür tapılmır – Fotobackend

Tərtər rayonunda qız itkin düşüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Göyçay rayonunda anadan olan 2002-ci il təvəllüdlü Fatma Məmmədova noyabrın 30-da yaşadığı Tərtər rayonunda yerləşən fərdi evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tərtər Rayon Polis Şöbəsinə 022-236-30-34 və (055) 211-66-36 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.