17 yaşlı qızın yardıma ehtiyacı var – Anasından çağırışbackend

“Yeni Gundem” xəbər verir ki, iki ildir “C83.3 Diffuz Böyük B-hüceyrəli Qeyri-Hoçkin limfoma” diaqnozu ilə mübarizə aparan Sidiqə Məmmədovanın həyatda qalması üçün maddi dəstəyə ehtiyacı var.

Sidiqənin anası Nərminə Məmmədovanın sözlərinə görə, hazırda qızı Milli Onkologiya Mərkəzinin Uşaq klinikasında müalicədədir:

“Hazırda qızımın xəstəliyi dördüncü mərhələdədir. Ocaqlar bazu sümüyünün divararalığında, hər iki ağciyərin, sağ böyrək, sağ böyrəküstü vəzin, körpücüküstü, parakavall düyünləri və sümüklərin zədələnməsində özünü göstərir. Övladım 9 kurs kimyaterapiya qəbul edib. Bu müalicənin nəticələrinə görə, yığılmalar var, metastaz da aktiv deyil. Aldığı kimyaterapiyadan sonra qızımın qan dəyərləri düşür. Hazırda onun bədənində leykositlər sıfıra düşüb, trombosit azlığı yaranıb. Bu da uşaq üçün çox kritik vəziyyətdir”.

Ailənin hazırda nə bu müayinədən keçməyə, nə də sonrakı mərhələdə əməliyyat etdirməyə maddi imkanı var. Həkimlər Sidiqəni Moskvada müayinə və müalicədən keçməsini məsləhət görüb. Bunun üçün isə ən azı 10-15 min manat vəsait lazımdır.

Sidiqə Məmmədovanın ailəsi övladlarının sağalması üçün ona maddi dəstək göstərmək istəyən hər kəsdən “Kapital” bankın hesab nömrəsinə vəsait köçürmələrini xahiş edir.

MilliÖn aparatından hesaba pul köçürmək üçün kartın üzərindəki 16 rəqəmli (4169741392648240) kodu və kartın bitmə tarixini 10/20 daxil edərək prosesi həyata keçirə bilərsiniz.


Müəllif: Mənsur Rəğbətoğlu