“18+ bizə gəl-gəl deyir…” – ƏKBƏR ƏLİYEVbackend

“Bu yaxınlarda Roza Zərgərli ilə yeni duetimiz işıq üzü görəcək. Fərqli bir iş gözlənilir, ola bilsin hətta +18 olacaq”.

Bu sözləri “Yeni Gündem”-e açıqlamasında müğənni Əkbər Əliyev deyib. O, bildirib ki, +18- səhnələrə görə yaranacaq tənqidlərdən qorxmur: “Ömür boyu tənqid eşidirik. Bu, bizim üçün problem deyil. Sənətdəyiksə, bizə olar. Adi insanlara yox, amma bizə olar. Düşünürəm ki, Roza ilə mənə bu yaraşar. +18 bizə gəl-gəl deyir (gülür) Sadəcə olaraq, onu “vulqar” şəkildə təqdim etməməlisən. Hər şey özümüzdən aslıdır. Elə sənətçi var ki, özünü axrıncı yola qoyub, amma biz bunu peşəkarcasına edirik. Hər şey çox gözəl olacaq”.