19 yaşlı məşhur futbolçu vəfat etdibackend

İtaliyanın “Latsio” klubunun futbolçusu Daniel Gerini dünyasını dəyişib.

“Yeni Gündəm” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında vəfat edib.

Hadisə martın 24-də Romada baş verib. Gerini iki dostu ilə birlikdə qəza törədib. Onların maşını 68 yaşlı kişinin idarə etdiyi avtomobillə toqquşub. Futbolçu dünyasını dəyişib, onun dostlarının vəziyyəti ağırdır.

Qeyd edə ki, Daniel Gerini “Latsio”nun gənclər komandasında çıxış edib. O, İtaliyanın 15 və 16 yaşadək yığmalarının formasını geyinib. Martın 21-də futbolçunun 19 yaşı tamam olub.Report