19 yaşlı qız sevgilisini bıçaqladıbackend

Mingəçevirdə 19 yaşlı qız sevgilisini bıçaqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, hadisə dünən qəbiristanlıq ərazisində baş verib. 2003-cü il təvəllüdlü T.E. sevgilisi N.Şəvəndiyevin qarın boşluğuna bıçaqla xəsarət yetirib.

İlkin məlumata görə, onlar sosial şəbəkədə tanış olublar. Münasibətlərində problem yaranıb və qız məsələni aydınlaşdırmaq üçün N.Şəvəndiyevlə qəbiristanlığa çağırıb. Mübahisə zamanı T.E. üzərindəki bıçaqla oğlanı yaralayıb.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo