1915-ci il hadisələri kirli siyasət mövzusuna çevrilib – Fəxrəddin Altunbackend

1915-ci ildə baş verən hadisələr tarix predmeti olmalı olduğu halda, kirli siyasət mövzusuna çevrilib.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

O qeyd edib ki, türklərlə ermənilər yüz illər boyu birlikdə yaşamaq mədəniyyəti formalaşdırıblar.

“Biz yüz illər boyu sevinci də, kədəri də paylaşmışıq. Aramızda düşmənçilik toxumları səpməyə çalışanlara qarşı birlikdə mübarizə aparmalıyıq. 1915-ci ildə baş verən hadisələr tarix mövzusu olmalı olduğu halda, kirli siyasət mövzusuna çevrilib”, – deyə F.Altun əlavə edib.