2 saylı Cəzaçəkmə Müəssisəsindən yeddi məhkum azadlığa buraxılıb – FOTObackend

“Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsindən 7 məhkum azadlığa buraxılıb”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, həmin şəxslərə amnistiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər:

“Onlardan 6 nəfəri həbsdən buraxılır, bir nəfər isə narkomaniya ilə mübarizə çərçivəsində cəlb olunduğu müalicə prosesi bitdikdən sonra azadlığa çıxarılacaq”.