2 uşaq anasının sizin köməyinizə ehtiyacı var – Yardımınızı əsirgəməyin – FOTObackend
2 uşaq anasının sizin yardımınıza ehtiyacı var.

Bu barədə Azmedia.Az-a onun yoldaşı Cabbarov Qabil məlumat verib.

O bildirib ki, yoldaşı hər iki çanaqda koksartoz xəstəliyindən əziyyət çəkir.

“Onun sol ayağı endoprotez əməliyyatı olunub, hazırda sağ ayağına da implant qoyulmalıdır. 2 övladımız var: qız və oğlan. Yoldaşım xəstəliyinə görə yeriyə, rahat hərəkət edə bilmir, bu səbəbdən qızım evdə qalıb, ona baxır. Oğlum heç yerdə çalışmır. Yalnız mən işləyirəm, o da kiməsə fəhlə lazım olandan olana.. Əməliyyat və müalicə üçün 5000 manat pul tələb olunur. İmkanlı şəxslərdən yoldaşıma yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: +994 50 596 69 98