20 manata görə bıçaq çıxaran 19 yaşlı şəxs saxlanıldıbackend

Bakıda sürücünü bıçaqla hədələyib pulunu alan gənc tutulub.

“Yeni Gündəm”in verdiyi xəbərə görə, hadisə mayın 16-sı, gecə saat 03 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.

Naməlum şəxs Abşeron sakini X.Quliyevin maşınına oturaraq onu bıçaqla hədələyib və 20 manat pulunu alaraq qaçıb.

Hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, 2001-ci il təvəllüdlü Sübhan Ağayev tutulub. Araşdırma aparılır.