“2017-ci ilin fevralında bura tamamilə dağılmış vəziyyətdə idi”backend

Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Hikmət Hacıyev Cocuq Mərcanlı kəndində səfərdədir.

“Yeni Gündəm” xəbər verir ki, o səfirlərin önündə çıxış edib. Bildirib ki, 2016- cı ilin Aprel döyüşlərinə qədər Cocuq Mərcanlı Ermənistanın nəzarətində olub: “Bu səbəbdən burada tikinti-quruculuq işləri həyata keçirə bilmirdik. 2017-ci ilin fevralında sizin həmkarlarınız olan o vaxtkı diplomatik korpus nümayəndələri ilə Cocuq Mərcanlıya səfər edəndə bura tamamilə dağılmış vəziyyətdə idi.

Biz eyni dağıntıları işğaldan azad edilmiş digər ərazilərdə də görürük. Bunu sizinlə səfərdə bir daha görəcəyik. Cənab Prezidentin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə ardıcıl və planlı şəkildə quruculuq işləri aparılacaq ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıda bilsinlər.

Cocuq Mərcanlıda yaşayan yerli əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün şərait yaradılıb. Tərəfdaş, dost, qardaş ölkələrə təşəkkür edirik ki, bu kənddə olan mülki əhalinin məşğulluğu üçün əlavə imkanlar yaradıblar”.