2020-ci ilin sonunda Qarabağ  münaqişəsinin həlli regionumuzda  nəqliyyat -kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıbbackend

İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağın inkişafı konsepsiyasının həyata keçirilməsi Azərbaycan dövləti üçün prioritet məsələyə çevrildi. Elə bu məqsədlə də müharibədən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün xüsusi tapşırıqlar vermişdi. 2020-ci il noyabr ayının 16-da ölkə rəhbərliyinin işğaldan azad edilən Cəbrayıl və Füzuli rayonlarına səfəri Qarabağın inkişafı prosesinin çox sürətli şəkildə aparılacağının əsas göstəricisi idi.

Strategiya doğru idi. Yol, nəqliyyat olmadan inkişafdan, tərəqqidən söhbət gedə bilməzdi. Çünki nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan yolların vəziyyəti həmin ərazidə iqtisadiyyatın, mədəniyyətin və görüləcək işlərin səviyyəsini göstərən əsas amildir.

Hava limanları ilə yanaşı, avtomobil və dəmiryolu layihələrinin icrası Qarabağın gələcəkdə mühüm nəqliyyat mərkəzinə çevriləcəyini göstərirdi.

Nəzərə almaq lazımdır ki, nəqliyyatın inkişafı təkcə maşınların və sərnişinlərin hərələkətini özündə ehtiva etmir. Bu, həm də Qarabağda əhalinin sağlam şəkildə məskunlaşdırılmasında, ərazidə istehsal sahələrinin yaradılmasında, nəqliyyat qovşaqlarının, kənd, qəsəbə, şəhərlərin və limanların inkişafında, işğaldan azad edilən ərazilərdəki təbii sərvətlərin milli kapitala çevrilməsində, ərazidə milli-mədəni və iqtisadi-sosial, hərbi dayaqların təşəkkül tapmasında, daxili turizm potensialının yaradılmasına mühüm və əsas amildir.

Zəngəzur dəhlizinin əhəmiyyəti10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan 9-cu maddəsinin icrasının həyata keçirilməsi Qarabağın inkişafı prosesində əsas və həlledici mərhələdir.

Avtomobil və dəmiryolu Qarabağın inkişafının əsas tərkib hissəsidir. Şimal,Cənub və Şərq istiqamətlərində avtomobil və dəmiryolu layihələrinin icrası, Suqovuşan və Talış kəndlərinə çəkilən avtomobil yolu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu,Horadiz-Ağbənd dəmiryolu,Bərdə-Ağdam dəmiryolu Qarabağın inkişaf strategiyasının əsas tərəfi kimi çıxış etməkdir.

Füzuli, Laçın və Zəngilan hava limanlarının salınması Azərbaycanın iqtisadi bütövlüyünün möhkəmləndirilməsinə xidmət edəcək. Zəngilan hava limanın tikilməsi təsadüfi məsələ deyil. Belə ki, Qarabağın strateji əhəmiyyətnin artmasında Zəngilan hava limanının və orada görüləcək inkişaf tədbirlərinin mühüm əhəmiyyəti olacaq. Zəngilan hava limanı ərazidəki iqisadi fəallığı artırmaqla, şərqə açılan yeni qapı rolunu oynayacaq. Zəngilanın yerləşdiyi coğrafi mövqe buna tam imkan verir.

Ümumiyyətlə, hər üç hava limanının salınması Qarabağın inkişafı konsepsiyasının tarixi əhəmiyyətindən xəbər verir. Qarabağın logistika-nəqliyyat habına çevrilməsi üçün hava limanları təkcə ölkəmiz üçün deyil, bütün region üçün xüsusi önəm daşıyacaq.

Leyla Haşumova

 Azerbaycan Dövlət Neft və Sənaye  Universiteti