2023-cü ildə tələbələrin köçürülməsi həyata keçirilməyəcəkbackend

Tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanmasına görə cari ildə tələbələrin köçürülməsi prosesi baş tutmayacaq.

Elm və Təhsil Nazirliyindən “Yeni Gundem”-ə daxil olan məlumata görə, köçürülmə və bərpa proseslərinin sadələşdirilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir.

“Bununla əlaqədar 2022-2023-cü tədris ilinin qış tətili müddətində “transfer.edu.az” portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.”-deyə Nazirlikdən bildirilib.

Fərahim RƏHİMOV