2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər ilk oxunuşda təsdiq edildibackend

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik müzakirə edilib.

“Yeni Gumdem”-in məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 779 500,0 min manat, xərcləri 36 568 800,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 014 798,0 min manat, yerli gəlirləri 764 702,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 791 792,0 min manat, yerli xərcləri 777 008,0 min manat) məbləğində təsdiq edilməsi təklif edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda təsdiq edilib.