22 yaşında əbədi nur qazanan Osman Cəfər…backend

 

Zəfər Müharibəsində əldə etdiyimiz parlaq qələbə heç də asan başa gəlməmişdir. Bu yolda minlərlə igidimiz şəhid olmuşdur. Müdafiə Nazirliyinin rəsmi açıqlamasına əsasən II Qarabağ döyüşlərində 2783 Azərbaycan qəhrəmanı şəhid olub. Onlardan biri də, Laçın Dəhlizində həlak olan igidimiz Osman Cəfərdir.

İmişlidə böyüyüb, Laçında əbədiyyət qazanan 22 yaşlı gənc şəhidimiz haqqında qardaşı Rəhim məlumatları bizlərlə bölüşdü.

Osman Cəfər Elsever oğlu 1998-ci il 17 iyunda İmişli rayonunun 32- lər kəndində anadan olmuşdur.
2005-ci ildə İmişli Rayonunun 5-saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2016-ci ildə həmin məktəbdən məzun olmuşdur.
Osman ailəsi, sinif yoldaşları arasında deyib gülən şən və çalışqan bir şagird olmuşdur. 2016-cı ildə ali məktəbə imtahan vermiş və Azərbaycan Memarlıq və İnşaaat Universitetinin Sənayenin təşkili və idarə olunması ixtisasına daxil olmuşdur.
2020-ci ildə universiteti əla qiymətlərlə bitirən Osmanın oxuduğu 4 il ərzində heç bir kəsri belə olmamışdır.
Elə bu səbəbdəndə fakultənin dekanı, müəllimləri tərəfindən sevilən Osman qrup yoldaşları arasındada xüsusi hörmətə sahib olmuşdur.
2020-ci il iyul ayının 11-də Osman həqiqi hərbi xidmətə yararsız olduğuna baxmayaraq özü ərizə yazaraq həqiqi hərbi xidmətə yollanmışdır.
2-ci Qarabag Müharibəsində xüsusi igidlik göstərən Osman, Azərbaycanın isğal altında olan Cəbrayıl və Qubadlının alınmasında iştirak etmiş, Noyabr ayının 4-də Laçın uğrunda gedən döyüşlərdə Laçın Dəhlizində Qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Osmanın nəşi 26 noyabr 2020 ci ildə doğulduğu İmişli rayonuna gətirilmiş və orada dəfn Edilmişdir.

Allah rəhmət elesin

Yenigundem.az