“27 Sentyabr-Şəhidlərimizin qanı ilə yazılmış Qəhrəmanlıq Salnaməsidir” – Məlahət İbrahimqızıbackend

Bu il ölkəmizdə artıq ikinci dəfə 27 sentyabr günü xalqımızın qan yaddaşına əbədi yazılmış Əziz Şəhidlərimizin Anım günü kimi qeyd ediləcəkdir.Bu gün nəinki xalqımızın həm də bütövlükdə Türk dünyası tarixində çox mühüm, siyasi əhəmiyyəti olan bir gündür. Bugün Azərbaycan xalqının dünya erməniliyinə və erməni faşizminə dəstək verən bəzi ermənipərəst supergüclərə qarşı dirənişi idi. Bu gün Azərbaycan xalqının əbədiyaşar qəhrəmanlıq salnaməsidir. Elə bir salnamə ki, onun hər bir hərfi, hər bir sözü və cümləsi əziz şəhidlərimizin qanı ilə yazılmışdır. Bu mənada Azərbaycan xalqı var olduqca həm də bugünü qürurla qeyd edəcəkdir. Ona görə bugünün əhəmiyyətini daha dərindən dərk etmək üçün mütləq bugünün yaranma tarixini bir daha xatırlayaraq təhlil etmək lazımdır.

Bunu “Yeni Gundem”-ə açıqlamasında Millət vəkili Məlahət İbrahimqızı bildirib.

Bəli düz iki il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Kamandanımız cənab İlham Əliyevin haqq və ədalət naminə verdiyi irəli əmri ilə qəhrəman Milli Ordumuz əks-hücum əməliyyatına başladı. Tariximizə Vətən müharibəsi kimi yazılan II Qarabağ savaşında cəmi 44 gün ərzində Şanlı Azərbaycan Ordusu Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər qarış torpaq, hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, həyatından və canından keçən xalqımızın vətənpərvər oğullarının qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı və acılar savaşın ilk dəqiqələrindən sevincə çevrildi. Ordumuz öz şücaəti ilə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirməyə qadirdir.

Məlahət İbrahimqızı 44 günlük zəfər yürüşümüzün qürurlu, fəxr verici nəticələrindəndə danışdı:

“Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda hər an fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən bütün döyüşlər xalqımızın hansı iradəyə, hansı hisslərə sahib olduğunu göstərdi. 2020-ci ilin sentyabrınadək adi günlərdən biri kimi yaşadığımız 27 sentyabr əbədi olaraq borclu olacağımız və Azərbaycan xalqı var olduqca minnətdarlıqla ruhları qarşısında baş əyəcəyi Şəhidlərimizin ümumrespublika, ümumxalq Anma günü, ən əziz gün kimi tariximizə həkk olundu. Sözsüz ki, bugün möhtərəm Prezidentimizin fərmanı ilə də rəsmiləşdi. Xalqımızın toy-bayram əhvalı ilə dəstəklədiyi Vətən müharibəsinin ilk günü olan 27 sentyabr həm də Zəfər yürüşünün başlanğıcı kimi də əbədi olaraq, yaddaşlara yazıldı. Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu.

Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Müharibədən iki keçməsinə baxmayaraq, 30 ildən bəri inşa edilmiş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları Almaniya kimi bir sıra böyük dövlətlərdə, eləcə də ölkəmizdə hərb tarixi kimi tədris edilir. Bugün Şuşanı işğaldan azad edən oğullarımızın şücaəti peşəkar hərbçilərin araşdırma mövzusudur. Öz cəsarəti, igidliyi ilə Vətən torpağını azad edən və qətiyyəti ilə düşməni diz çökdürən Azərbaycan Ordusunun və onun əyilməz Sərkərdəsinin tarixi düşmənimizə qarşı həm savaş meydanında, həm də diplomatiyadakı mübarizəsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bütün savaş boyu Qəhrəman Ordumuzun zəfər yürüşləri xalqımıza tükənməz sevinc və qol-qanad verdi. Məhz bu səbəbdən də mənfur düşmən, erməni vandalları az müddətdən sonra ordumuzun bu rəşadətli hünəri qarşısında diz çökdü. Yalan və hiylə ilə qurulan qondarma dövlət rejimi və güclü erməni ordusu mifi özünün çürüklüyünü və iflasa uğradığını etiraf etdi. Sözsüz ki, dünyanı öz saxta, çirkin, bəd əməlləri ilə əsas həqiqətlərdən yayındırmaq istəyən xain düşmən heç vaxt ilahi həqiqəti aldada bilmədi. Otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-yuvasından didərgin etdikləri insanların taleyini bu gün özləri yaşadılar.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.Dünya hərb tarixinə dəmir yumruq əməliyyatı kimi yazılmış bu savaşda qazandığımız möhtəşəm və tarixi Qələbə əbədi yaşar şəhidlərimizin qanı, xalqımızın birliyi və məğlubedilməz Prezidentimizin qətiyyəti sayəsində qazanıldı. Çağdaş Azərbaycanın müstəqillik tarixinə əbədi olaraq qızıl hərflərlə yazıldı. Məhz Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər idi.”

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Tarixi zəfərdən sonra sürətlə görülən bərpa quruculuq işlərinin xoronikasınıda açıqladı;

“Qürurverici məqamlardan biri də odur ki, işğal altındakı ərazilərimiz düşməndən azad olunandan bir neçə gün sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi torpaqlarımıza səfərləri hər birimizdə qürur hissi yaratdı. Dövlətimizin başçısı 28 ildən sonra həmin ərazilərdə bayrağımızı ucaltdı və dünyaya bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu babalarımız yaşayıb, biz yaşamışıq, xalqımız yaşayıb.Qəsbkar ermənilərin onilliklər boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti və xalqının birliyi ilə əzəmətli işlər görülür. Düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb, artıq bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Bu gün düşməndən azad edilən torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq əsas infrastruktur layihələri sürətlə reallaşdırılır.

Ərazinin elektrik təchizatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət başçısının tapşırığına əsasən ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə yol Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları da sürətlə tikilir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrindən vacib hesab olunan hava limanlarıdır. Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib, yaxın vatlarda Zəngilan Hava Limanı istifadəyə veriləcək və 2024-cü ildə isə təməli qoyulmuş Laçın beynəlxalq havalimanı istifadəyə veriləcəkdir.

Qeyd etmək lazımdır ki, bölgə və Avrasiya məkanı üçün çox böyük nəqliyyat-loqistik önəmə və əhəmiyyətə malik bu aeroportlar həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri və beynəlxalq aləmdə arasında Azərbaycanın nüfuzunu artıracaq. Xalqımızın səbirsizliklə gözlədiyi Laçın şəhəri, Zabux və Sus kəndləri işğal müddətində xaricdən gətirilmiş və burada qeyri qanunu yerləşdirilmiş ermənilərdən tamamilə təçizlənmişdir. Hazırda Laçında böyük infrastruktur layihələrinin təməli qoyulmaqla, bir sıra obyektlərin açılış mərasimləri həyata keçirilir.Böyük Qayıdışın ilk köçü uğurla başlamışdır. Zəngilanda ağıllı şəhər kimi Ağalı kəndininn yaşayış üçün yüksək səviyyədə inşaası yekunlaşdırıldı və Müzəffər Ali Baş Komandanımızın və Respublikamızın Birinci vitse prezidentinin iştirakı ilə açılış mərasimi keçirildi. Hazırda bu ağıllı şəhərdə yüzə yaxın ailə yaşayır və ilk dəfə otuz ildən sonra burada 2022-2023-cü yeni tədris ili üçün ilk zəng vuruldu və Bilik Günü  qeyd edildi.

Prezidentimiz möhtərəm cənab İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Qarabağ və Şərqi Zəngəzurda tikinti, bərpa, yenidənqurma işləri ən yeni texnologiyalar əsasında sürətlə həyata keçirilir. Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə və ya bilavasitə onların rəhbərliyi ilə Şuşada keçirilən müxtəlif səviyyəli tədbirlər Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğuna birdaha sübutdur. Dövlət Başçısının Şuşaya səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan meqalayihələr qarabağın, eləcə də Şuşanın dirçəlişinə və tezliklə tarixi şöhrətinə qovuşacağının göstəricisidir. Qarabağın incisi olan Şuşanın tez bir zamanda tam bərpa olunacağı, sakinlərin öz dədə-baba ocaqlarında məskunlaşacaqları əminliyini də möhkəmlədir. Ölkə rəhbərinin qərarı ilə bu il ölkəmizdə Şuşa İli kimi qeyd edilməsi, eləcə də TÜRKSOY tərəfindən gələn il Şuşanın Türk Dünyasının Mədəniyyət paytaxtı elan edilməsi dövlətimizin, xalqımızın və Liderimizin birdaha dünyada artan gücünü və nüfuzunu sübut edir. Ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma yurdlarından köçkün düşən soydaşlarımızın qayıdışının təmin olunmasıdır. 29 ildən sonra düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Minnətdarlıqla qeyd etməliyik ki, tarixi Qələbəmizdən ötən müddətdə mədəni irsə, ənənələrə, dini mirasa həmişə böyük sevgi ilə yanaşan Heydər Əliyev Fondunun böyük dəstəyi ilə Ağdamda, Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün açılış mərasimlərini reallaşdırılıbdır.

Azərbaycanın həqiqi dostlarının iştirakı ilə Vaqif Poeziya Günlərinin, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa “Xarıbülbül” musiqi festivalının keçirilməsi, Şuşada “Qarabağ”, “Four Seasons”, “Park” hotelərinin inşası, Şuşa Xalça Muzeyi, Şuşa Dövlət Rəsm Qalereyası binaları hazırda inşaası bitmiş və inşa olunan layihələrdir.Ancaq bütün bunlar hələ başlanğıcdır, ən gözəl günlər isə hələ öndədir və İnşallah xalqımızı daha gözəl günlər gözləyir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik, dağıdılmış evlərimizi, mədəniyyət abidələrimizi və məscidlərimizi bərpa edəcəyik.”

Yenigundem.az