29 dekabr – “ASAN xidmət” işçilərinin peşə bayramı günüdür – VİDEObackend

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb.

“Yeni Gündəm”-in məlumatına görə, hazırda 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.

“ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 672 mindən çox vətəndaşın 49 milyondan çox müraciəti daxil olub.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 2021-ci ildə bir çox layihələrdə təkmilləşdirmə aparılaraq yeni imkanlar yaradılıb, həmçinin yeni layihələr həyata keçirilib. 2021-ci ildə Milli İnformasiya Mübadilə Sistemi – “ASAN Bridge” istifadəyə verilib, 37 qurum inteqrasiya olunub. Mərkəz tərəfindən “myGov” elektron hökumət portalının mobil tətbiqi, eləcə də vaksin pasportlarının yoxlanması üçün “CheckApp” mobil tətbiqi istifadəyə verilib. “myGov elektron hökumət portalına vaksin, əks göstəriş və immunitet sertifikatları inteqrasiya edilib, portalda bir sıra yeni xidmətlər yaradılıb, inteqrasiyalar həyata keçirilib. “ASAN Login”-də vətəndaşlar üçün videoqeydiyyat imkanı, eləcə də yeni mobil nömrə əlavəsi imkanı yaradılıb və istifadəçi sayı 2.3 milyona çatıb. Pandemiyada yaradılan icaze.e-gov.az sistemində şənliklərin qeydiyyatının aparılması məqsədilə işlər aparılıb. Mərkəz tərəfindən 3 “ASAN xidmət” mərkəzində rəqəmsal hökumət pəncərələri yaradılıb.

Regionlarda elektron dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Rəqəmsal İcra Hakimiyyəti – rih.gov.az portalı yaradılaraq istifadəyə verilib. Paralel olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikitintiyə icazələrin verilməsilə bağlı xidmətləri təkmilləşdirilib və yeni xidmətləri istifadəyə verilib. Elektron Sənəd Dövriyyəsi sisteminin tətbiqilə bağlı işlər görülüb, qurumlar inteqrasiya edilib.

İndiyədək Mərkəz tərəfindən 145-dən çox elektron xidmət ərsəyə gətirilib. Göstərilən xidmətlərdən istifadə edən toplam unikal istifadəçi sayı isə 2 840 642-dir.

Dövlət xidmətlərində innovasiyaların tətbiqi və ağıllı həllərin hazırlanması istiqamətində tədbirlər davam etdirilib. Bu il ərzndə “Azərbaycan 500 ASAN Startup” proqramı başlanılıb, “İnnoklub” təsis edilib, “Gələcək üçün bacarıqlar” layihəsi gerçəkləşib, «Baykar» şirkəti ilə və “T3 Vaqfı” ilə “Bilim Azərbaycan” layihəsinə dair razılıq əldə edilib. Eyni zamanda «Baykar» şirkəti ilə Memorandum imzalanıb.

ASAN İnnovativ İnkişaf Mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondu da fəaliyyətini uğurlar davam etdirir. Bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 52 444 913.01 AZN məbləğində vəsait xərclənib. Belə ki, bu çərçivədə 2 927 şəhidin ailə üzvləri, habelə 5 261 yaralı olmaqla ümumilikdə 16 644 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 11 450 şəxsin 16 537 müraciəti icra olunub.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Hazırda “ABAD” publik hüquqi şəxsin ABAD-çı ailələrinin sayı 500-dən çoxdur və onlara 30-a yaxın xidmət göstərilir.

Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 28000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.