3 nömrəli xüsusi internat məktəbi: faktlar təsdiqini tapır – direktor Bahar Kərimova niyə media qarşısına çıxmır?backend

Bir neçə gün bundan öncə Analoq.az saytında 3 nömrəli xüsusi internat məktəbində baş verən qanun pozuntuları barədə məqalə dərc edilib.

https://yenigundem.az/tehsil-milletin-geleceyidir-bes-geleceyimizi-pozanlar-kimlerdir/

Həmin məqalə saytda yayımlanandan dərhal sonra məktəbin direktoru Bahar Kərimovanın nümayəndəsi Analoq.az saytının təsisçisi Savalan Talıblıyla əlaqə yaradaraq həmin məqalənin Bahar Kərimova tərəfindən pul qarşılığında saytdan qaldırılmasını istəyib.

Analoq.az saytının təsisçisi Savalan Talıblı onunla əlaqə yaradan şəxsə dəfələrlə bildirib ki , əgər məqalədə yalnışlıq varsa Bahar Kərimova təkzib yollasın onu dərc edək.

Təssüflər olsun ki Bahar Kərimova nə məqalədən əvvəl nə də məqalədən sonra təkzib verməyi özünə uyğun bilməyib.

28.01.2022-ci ildə isə Space televiziyasının efirində adıçəkilən məktəblə bağlı sujet yayımlandı. Sujetdən də açıq -aydın görünür ki, ictimaiyyəti çaşdırmağa çalışan direktor müavini Elman Məmmədov jurnalistin suallarına yayınmaqla, yaxud yalan informasiyalar sırımaqla cavab verib.

Buradan növbəti sual yaranır: haqqında bu qədər iddialar irəli sürülən direktor Bahar Kərimova niyə özü bir dəfə də olsun mətbuata və televiziyaya açıqlama vermir? Yaxud, o özünü günahkar kimi görmürsə, mətbuata açıq olar və inamlı şəkildə rəhbərlik etdiyi təhsil müəssisəsi barəsindəki faktları öz dəlilləri və sübutları ilə yalanlayardı. Lakin kimsə Bahar xanımın bu cəhdlərini görmədi. Media qarşısına isə “qurbanlıqlar” kimi direktor müavini, yaxud da xadiməci-dayə çıxdılar – and-amanlarla, inkarlarla və s…

Misal üçün, sujetdə çıxış edən Reyhan Nəsirova həmin məktəbdə gecə növbəsində dayə işləyir.Onun məktəb rəhbərliyi kimi çıxış etmə hüququ nə dərəcədə vardirsa və ya yoxdursa onu da yəqin direktorunun özü bilər. Analoq.az – a verilən məlumata görə dayə işləyən Reyhan Nəsirovanın oğlu Emin İsayevin də adı həmin məktəbdə işçi kimi qeydiyyatdadır. Lakin məvacibi direktor alır.

Yeri gəlmişkən, el dilində bir məsəl var – yalançının dilində andı bitər. Məhz dayənin də saniyəbaşı Allahı yada salması çox düşündürücü və kədərli bir haldır. Lal və kar uşaqların haqqına girərkən, qanunsuz əməllər törədərkən nədənsə Allah yada düşmürdü (?!)

Daha bir faktor budur ki, direktor müavini, Bahar Kərimovanın qara kassası kimi tanınan Elman Məmmədov “sinəsini qabağa verərək” TV qarşısına çıxmaqla ictimaiyyəti aldatmağa çalışdığını şansa da, çox güman ki, hüquq -mühafizə orqanlarına yalan danışa bilməyəcək.
Qeyd üçün bildirək ki , sosial şəbəkələrdə yayılan ərzaqların daşınması videosu 30.12.2021 ci il tarixində cəkilib.Bu məlumat də məktəbdə olan etibarlı mənbədən bildirilib.

P.S. Biz ilk yazımızdan əvvəl Bahar Kərimovadan bəhs edilən iddialarla bağlı münasibət öyrənmək istədik. O isə təhdid edərək telefonu üzümüzə qapatdı.

İndi isə anons edərək bildiririk ki, Analoq.az-dan ölkə mediasına yayılan informasiyalardan başqa növbəti faktları da adıçəkilən internat məktəbindən əldə etmişik. Sadəcə dəyərli oxucu auditoriyamıza bildiririk ki, həmin faktlar araşdırılır və təsdiqini tapdıqdan sonra 3 nömrəli xüsusi məktəbdə baş verən dəhşətli olaylarla bağlı növbəti məqaləmizlə qarşınıza çıxacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizi izləyin!

Analoq.az