30 il ərzində davam edən erməni təxribatlarıbackend

1980-ci illərin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları edərək, etnik təxribatlar və terror törətməyə başladı. Onlar SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün hərəkətə keçdilər. Nəticədə bu münaqişə XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib.XX əsrin ən faciəli münaqişələrindən biri başladı.

Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini açıq-aydın ortaya qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın hakimiyyət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini zəbt etmək istəyirdi. İstər müharibə ərəfəsində, istərsə də sonrakı dövrdə Azərbaycanın mövqeyi SSRİ Konstitusiyası və beynəlxalq hüquq normaları baxımından tam haqlı olub. Lakin o dövrdə Azərbaycan siyasi elitasının fəaliyyətsizliyi, respublikada siyasi liderin olmaması vəziyyəti daha da çətinləşdirirdi. Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoyub. Məhz bu kritik anda,  1993-cü il iyunun 15-də Ümumilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi, ümummilli lider Heydər Əliyevdə görüb və ölkənin gələcək taleyini ona etibar edib. Ulu öndər hakimiyyətə gələndə ölkədə mürəkkəb şərait hökm sürürdü.

Son illər ərzində Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə “Dəmir Yumruq” adlı hərbi əməliyyat başlandı və Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu.

Təcavüzkar düşmən məğlub olub geri çəkilmələrinə baxmayaraq, 12 sentyabr 2022-ci ildə ölkəmizə qarşı yenidən təxribat törətdilər. Bir neçə günlük münaqişənin ardından düşmən tərəf susdudularaq geri çəkilməyə məcbur edildi.

Hüseynli Şükufə İlham qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti