325 nəfərin vətəndaşlıq müraciəti təsdiqləndi – RƏSMİbackend

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib.

Bu barədə “Yeni Gündəm”-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.