Dünyanın ən uzunömürlü evliliyi – Fotolarbackend

ABŞ-ın Texas ştatının sakinləri 105 yaşlı Şarlotte və 106 yaşlı Con Henderson 80 ildir evli olmalarıyla dünyanın ən yaşlı cütlüyü seçilib.

“Yeni Gundem” xəbər verir ki, cütlük 1934-cü ildə Texas Universitetində tanış olublar və 5 il sonra isə evləniblər.

Onlar bildirib ki, evliliyin uzun müddət davam etməsi üçün ərlə arvadın bir-birinə qarşı səmimi olması şərtdir.

Şarlotte və Con 80 illik evliliyə görə Ginessin Rekordlar Kitabına düşüblər.