backend

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətindən xəbər var. 

“Yeni Gundem” xəbər verir ki, onun oğlu Əli Gülalıyevin sözlərinə görə, atası bu gün Amerikan xəstəxanasında palataya köçürülüb: “Vəziyyəti ağır olaraq qalır, təəssüf ki… Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər”.

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ayın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.