Cavid Qurbanov fiziki məhdudiyyətli istedadlı şəxslərlə görüşübbackend

Millət vəkili Cavid Qurbanov Kəlbəcər rayonundan olan, fiziki məhdudiyyətli istedadlı insanlarla​ görüşüb.

Bu barədə “Yeni Gundem”-e “Azərbaycan Dəmir Yolları” QSC-yə bildirilib

Görüşdə 10-a yaxın şəxs iştirak edib. Millət vəkili xüsusi diqqətə​ ehtiyacı olan şəxslərin sosial qayğıları​ ilə maraqlanıb. Görüş iştirakçılarını narahat edən məsələlərlə bağlı qeydlər aparılıb. Həmin çətinliklərin qısa müddətdə aradan qaldırılacağı bildirilib. Görüşdə​ ölkəmizdə əlilliyi olan​ şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən danışılıb. Dövlət başçısı​ İlham Əliyevin və birinci vitse – prezident Mehriban Əliyevanın​ həmin​ şəxslərə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və reabilitasiyası istiqamətində atılan addımlar barədə məlumat verilib. Sonda görüş iştirakçıları​ onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir.​ Azərbaycan 2006-cı ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulub.