AXA-da texniki nəzarətin təşkili üzrə mütəxəssislərin iştirakı ilə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunubbackend

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AXA-nın sədri Seymur Mövlayev, nazirliyin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Faiq Bayramov və Dövlət Aqrar İnkişaf mərkəzlərinin texniki nəzarətin təşkili üzrə mütəxəssisləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Yeni Gundem”-e verilən məlumata görə, tədbirdə çıxış edən sədr S.Mövlayev bildirib ki, AXA-nın əsas hədəfləri, daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin əlçatanlığını təmin etmək, keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir.
Tədbirdə Agentliyin şöbə müdiri Azər Qarayev “2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə” məlumat verib. Qeyd edib ki, bu ilin 11 ayı ərzində Agentlik tərəfindən 8958 ədəd nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınması, 1136 ədəd nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi, 2791 nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, 32921 ədəd nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi, 1231 ədəd inzibati xəta üzrə protokolun tərtib edilməsi həyata keçirilib. O, eyni zamanda, bu sahədə mövcud problemlər, onların həlli istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Faiq Bayramov AXA tərəfindən texnikaların elektron qeydiyyat sisteminin və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib, həmçinin texnikadan istifadənin səmərəliliyini artırmaq üçün zəruri tədbirlərin görülməsini məqsədəuyğun hesab edib.
Dövlət Aqrar İnkişaf mərkəzlərinin texniki nəzarətin təşkili üzrə sektor rəhbərlərinin yerlərdəki vəziyyəti barədə məruzələri dinlənilib, müvafiq təkliflər səsləndirilib.
Tədbirin sonunda S.Mövlayev görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.