35-ci dairədə neçə Rauf var? – FOTObackend

“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlunun (Abbasov) dairəsi – 35 saylı Xətai Seçki Dairəsindən namizəd olan şəxslərin siyahısı açıqlandıqdan sonra maraqlı fakt ortaya çıxıb.

BakuPost xəbər verir ki, namizədliyi irəli sürülən 5 nəfərdən 3-nün soyadı Abbasovdur. Hətta onlardan ikisinin isə adı və soyadı eynilik təşkil edir – Rauf Abbasov .

Namizədlərin siyahısını təqdim edirik:

Abbasov Arzu Mirsalah oğlu
Abbasov Rauf Arif oğlu
Abbasov Rauf Çərkəz oğlu
Ağa-zadə İqbal Fehruz oğlu
Dadaşov Səlim Nadir oğlu

Güman edilir ki, Rauf Arifoğlunun(Abbasov) rəqibləri sırasında üç nəfər eyni soyadlı, iki nəfər eyni ad-soyadlı şəxsin olması təsadüfü deyil.

İndiyə kimi Azərbaycanda seçkilərdə səslərin parçalanması üçün analoji taktikadan, təxribatdan bir neçə dəfə istifadə olunması cəmiyyətə məlumdur.

Musavat.com -a məlum olub ki, bu texnologiya rəqiblərindən birinin ideyası ilə təşkil olunub. Lakin tələm – tələsik hazırlandığı üçün baş tutmayıb. Abbasov Rauf Çərkəz oğlunun namizədliyi DSK tərəfindən qeydə alınmayıb.