35 kiloluq at əti aşkarlandıbackend

Balakən polisinə rayonun Sarıbulaq kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub.

“Yeni Gundem” xəbər verir ki, polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri həmin ünvana baxış keçirən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 rəst at cəmdəyinin qalıqlarını aşkar ediblər. Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.