Qafqaz TV 2019 – cu ilin ən yaxşılarını seçdi – FOTOLARbackend

“Qafqaz TV”-nin ödülləndirdiyi “Altın Alma” öz sahiblərinə çatdı.

Azərbaycanın ilk biznes və turizm kanalı olan Qafqaz TV bu ildən başlayaraq gözəl bir gələnəyə imza atıb. Dekabrın 30-da Qafqaz TV-nin təşkilatçılığı ilə ilk “Altın Alma” ödül törəni keçirilib. Ödülləndirmə törənində 2019-cu ilin göstəricilərinə görə Şimal bölgəsinin ən yaxşıları “Altın Alma” ödülünə layiq görülüb.

18 nominasiya üzrə hazırlanan ödülləri sahiblərinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Qafqaz TV-nin baş direktoru Eltən Qədimbəyli təqdim edib.

Ödülləndirilənlər 2019-cu il ərzində televiziyanın apardığı sosial sorğular, toplumun onlarla bağlı düşüncələri və televiziya ilə qurduqları sıx iş birliyinin sonucunda, hər biri öz sahəsində uğurlar əldə etmiş şəxslərin arasından seçilib.

2 saata yaxın davam edən ödül törəni özəl ödülün, yəni “Qafqaz TV-nin ən yaxın dostu” mükafatının təqdimatı ilə sona çatıb. Televiziyanın yaradıcı birliyinə hər çağ göstərdiyi doğma isti münasibəti, öz işinə ürəklə, həvəslə yanaşması ilə qazandığı uğurlarla örnək olan, vətən, dövlət sevgisi ilə durmadan çalışan İcra başçısı Ziyəddin Əliyevə “Qafqaz TV-nin Ən Yaxın Dostu Ödülü” təqdim edilib.

Beləcə Qafqaz TV-nin əsasını qoyduğu “Altın Alma” ilk ödül törəni yadda qalan anıları ilə sona çatıb.