ABŞ Əfqanıstandakı qoşununun sayını azaltmağa başladıbackend

ABŞ “Taliban” hərəkatı ilə əldə olunmuş razılaşmaya əsasən Əfqanıstandakı qoşunun sayını azaltmağa başlayıb.

“Yeni Gündəm” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Müdafiə Nazirliyində qeyd ediblər ki, ABŞ-ın və Əfqanıstan İslam Respublikasının Birgə bəyannaməsinə, həmçinin Birləşmiş Ştatların “Taliban”la razılaşmasına uyğun olaraq, Əfqanıstandakı Amerika silahlı qüvvələrinin sayının 135 gün ərzində 8 600-ə qədər ixtisarına başlanılıb.

Qoşunların çıxarılması müəyyən şərtlərə əsaslandırılıb.

Pentaqonun yaydığı bəyanatda qeyd edilir ki, ABŞ əvvəlki kimi “Al-Qaida”ya və İŞİD-ə qarşı antiterror əməliyyatlarını davam etdirəcək, həmçinin Əfqanıstanın təhlükəsizlik qüvvələrinə dəstək verəcək.