4 aylıq körpə öskürəyə görə öldübackend

Gəncə şəhərində 4 aylıq uşaq vəfat edib. 

“Yeni Gündəm”in verdiyi xəbərə görə, şəhər sakini, ötən ilin noyabrında doğulan Damla Səfərova öskürdüyü üçün Dəmiryol Xəstəxanasına aparılarkən yolda ölüb.

Valideynləri onun öskürərkən nəfəs borusuna bəlğəm getdiyini deyiblər. Körpənin temperaturu normal olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.