4 aylıq körpəsini qaçırıb boğazını kəsmək istədi – VİDEObackend
Türkiyənin Antalya şəhərində kişi dörd aylıq körpəsini qaçırmaq istəyib.
“Yeni Gündəm” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı E.Ş. nikahsız yaşadığı 19 yaşlı R.Ç.-nı döyüb, daha sonra qadından olan uşağını zorla qaçırmaq istəyərkən polis tərəfindən tutulub. Polisin onu izlədiyi zamankörpənin boğazına bıçaq dayayan ata onu öldürməklə hədələyib.
Bu zaman polis əməkdaşı onu ayağından silahla vurub və uşağı xəsarət almadan həmin şəxsdən ala bilib.
Təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirilib. Onun indiyə qədər bir neçə dəfəcinayət törətdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.