4 kirayənişin 1 nəfərə zor tətbiq etdi, 98 manat aldıbackend

Ağcabədi rayon sakininə qarşı soyğunçuluq edilib. 

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı F.Rzayev polisə müraciət edib.

Qeyd edib ki, o, Moskva prospektindəki evlərin birində olarkən 4 nəfər ona zor tətbiq edərək 98 manatını alıb.

Hadisə noyabrın 13-də qeydə alınıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.

Araşdırma aparılır.