4 nəfər birləşib 27 minlik oğurluq etdibackend

Qaradağ rayonunda oğurluq olub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 2-də qeydə alınıb.

Evlərin birindən 26.758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar –  B.Cabbarov və T.Həbiyev saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.