4 yaşlı Muradın həyatda qalması üçün köməyinizə ehtiyacı varbackend
4 yaşlı Həsənov Murad qan xərçəngindən əziyyət çəkir
Xəstəliyi 20 gündür aşkarlanan  Muradın həyatda qalması üçün köməyinizə ehtiyacı var.
Bu barədə “Yeni Gündəm” -ə Muradın anası Adilə Həsənova məlumat verib.
“Leykoz xəstəliyi ilə mübarizə  aparan Muradın ilkin müalicəsinə 10 min manat  lazımdı Müalicənin davamı üçün  90-100 min manat lazım olacaq. Hazırda Bakıda  xəstəxanada ağır müalicələr alan Muradımın sağalması üçün  maddi köməyinizə ehtiyacımız var. Cənab prezidentdən, uşaqların xilaskarı Mehriban xanım Əliyevadan, Leyla xanımdan kömək istəyirəm.
Balamı xilas etsinlər, dözə bilmirəm. Balaca canı ilə  ağrı çəkdiyini görmək bir ana üçün dözülməzdir. İmkanlı şəxslərdən xahiş edirəm, kömək etsinlər. Balam hələ körpədi. O da böyümək, uşaqlarla oynamaq istəyir”-deyə Adilə Həsənova bildirib.
Gözləri önündə övladının şam kimi əriməsinə dözməyən, çarəsiz qalan ana dövlətimizdən və imkanlı şəxslərdən kömək istəyir. Allahdan Murad balamıza şəfa diləyirik, balamıza kömək etmək istəyənlər Muradın atası Rafael Həsənovla əlaqə saxlaya bilər: 051-756-56-78