4 yaşlı Zəhra ağrılar içindədir: Dalağı və qara ciyəri şişib, ailəsi yardım istəyir… – VİDEO+FOTOLARbackend

Bu sözləri ağır xəstəlikdən əziyyət çəkən 4 yaşlı Zəhra Mirzəyevanın anası Esmira Mirzəyeva deyir. Göz yaşları ilə övladının ağır vəziyyətini videoya çəkən ana imkanlı insanlara müraciət edərək, qızının xarici ölkələrdən birinə müalicə üçün aparmaq istədiyini deyir və maddi yardım diləyir. Hazırda Bərdə rayonunda yaşayan qadının səsi heç yerə çatmır. Problemini ictimailəşdirməklə xəstə balasına yardım tapmaq istəyən ailənin böyükləri “Yeni Müsavat”ın redaksiyasına üz tutublar.

Zəhranın nənəsi Qaratel Mirzəyeva və babası Faiq Mirzəyev danışır ki, ilk dəfə 1 yaş 8 aylıq olarkən Zəhra xəstələnib və qızdırmadan daxili orqanları zərər görüb, qara ciyəri və dalağı şişib. Sonradan müalicə ilə vəziyyəti düzəlsə də, zaman-zaman yenidən təkrarlanıb. Nəhayət, uşağı Respublika Talassemiya Mərkəzinə gətiriblər. Burada bir çox analizlər verilsə də, uşaqda qan xəstəliyi və talassemiya aşkarlanmayıb. Həkimlər ona “Primer hemofaqositar limfohistiositoz və Griscelli sindiromu” təyin ediblər və bir müddət müalicə alıb. Lakin uşağın vəziyyəti düzəlmədiyindən həkimlər başqa bir genetik xəstəlikdən şübhələnərək onun analizlərini Türkiyəyə göndəriblər. Analizlərin cavabının 1 ay müddətində gələcəyi üçün ailəyə gözləmək tövsiyə olunub.

Qeyd edək ki, həkimlərin genetik xəstəliklərdən şübhələnməsinin səbəbi Zəhranın qohum evliliyindən dünyaya gəlməsidir. Əgər şübhələr təsdiqlənərsə, ilik nəql edilməlidir. Zəhranın özündən kiçik olan qardaşında eyni xəstəlik aşkarlanmasa bu zaman ilik nəqli və sağalmaq şansı daha yüksək olacaq.

Lakin Mirzəyevləri ailəsi 1 ay ərzində Zəhranı itirəcəklərindən qorxurlar. Ağrılar və yüksək temperatur içində qıvrılan uşağa yalnız “sistem” köçürməklə vəziyyətini yüngülləşdirməyə çalışırlar. Gündən günə zəifləyən, yemək və yuxu nə olduğunu bilməyən uşağın immuniteti də zəifləyib.

Kəlbəcər rayonundan məcburi köçkün olan, həm də şəhid ailəsi olan Mirzəyevlər ailəsi indi dövlət qurumlarından, millət vəkillərindən, imkanlı şəxslərdən yardım istəyirlər. İmkansız ailə bu günə qədər analizlər, müayinələr və müalicələr üçün onminlərlə manat pul xərcləyib, əllərindəki hər şeyi satmalı olublar. O səbəbdən maddi yardıma da ehtiyacları var.

Yardım etmək istəyənlər üçün Zəhranın atası Babək Mirzəyevin əlaqə nömrəsini təqdim edirik.

Nərgiz LİFTİYEVA,
Musavat.com

4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir:
4 yaşlı Zəhra ağrılar içindədir: