Almaniyada şanslı türk!
Almaniyanın Şlezviq-Holşteyn əyalətinin Elmshorn şəhərində yaşayan 47 yaşlı Mahmut Şahinin evinin bağçasına təxminən 7 ay əvvəl düşən meteorit təxminən 400 min avro dəyərində qiymətləndirilib.
“Bild” qəzetinin yazdığına görə, şəhərin üzərində alov topu çaxdıqdan sonra Şahinin bağçasının ortasına 3,5 kiloqramlıq meteorit düşüb.
Şahinin Münhendəki mədən sərgisində sərgilədiyi daşı tədqiq edən fiziklər və astronomlar meteoritə təxminən 400 min avro dəyərində qiymət veriblər.
Xəbərdə Şahinlə Hamburqdakı bir muzey arasında danışıqların davam etdiyi və Şahinin satışdan qazanacağı pulu yatırmaq istədiyi bildirilib.
Mənbə: A-haber
Aynur Camal