“44 günlük mübarizədə davamlı olaraq şəxsən prosesi izlədim” – Ərdoğanbackend

“Qarabağ zəfərini gətirən 44 günlük mübarizə boyunca Türkiyə anbaan Azərbaycanın yanında oldu. Mən davamlı olaraq şəxsən prosesi izlədim”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Başda xarici işlər nazirimiz, milli müdafiə nazirimiz, Milli Kəşfiyyat Xidmətinin rəisi və digər rəsmilərimiz əlaqələri daima diri tutdular. Bununla bərabər, digər qruplarımız oraya gedib-gəlməklə, prosesi yaxından izlədilər. Qardaşım İlham Əliyevlə mütəmadi olaraq telefon danışıqlarını həyata keçirdik. Meydanda və diplomatiya masasında gərgin bir mübarizə verildi. Əminəm ki, bu 44 günün pərdə arxası yazılacaq. Zaman bu işin çox ciddi bir şahidi olacaq”, – deyə Ərdoğan vurğulayıb.