44 günlük müharibədə İran görün,nə edibmiş – Ermənilər sensassion hadisəni açıqladıbackend

“Ermənistan ictimaiyyəti 44 günlük müharibə dövründə İranın hansı təkliflər etdiyini və Paşinyanın hansıları nəzərə almadığını bilsə, şoka düşəcək”.

“Yeni Gundem” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, bu təkliflərin qəbulu müharibənin mahiyyəti və nəticəsini dəyişə bilərdi.

“Paşinyan niyə təkliflərdən imtina etdi?”, – S.Danielyan öz-özünə sual verir. Ardınca isə mümkün səbəb kimi ABŞ-ın mövqeyini irəli sürüb.