“44 günlük  müharibədə qələbənin qazanılmasında YAP-ın əvəzsiz rolu var “- Ziyad Səmədzadəbackend

“Bu gün fəxr və qürur hissi ilə deyə bilərik ki ,Yeni Azərbaycan Partiyası qalib xalqın partiyasıdır”

Bu sözləri Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ilə bağlı “Yeni Gundem”-ə açıqlama verən Millət vəkili Ziyad Səmədzadə deyib.

Sonra Azərbaycanlı alim Heydər Əliyevin YAP qarşısındaki xidmətlərindən danışıb.

Professor qeyd edib ki ,Heydər Əliyev xalqın Yeni Azərbaycan Partiyasına ehtiyacı olduğunu bilirdi.

“1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilmişdir.  Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.Heydər Əliyev bilirdiki ,bu çətin işdir . Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.”

İqtisad elmləri doktoru Ziyad Səmədzadə Yeni Azərbaycan Partiyasının müasir çağırışlara cavab verdiyini, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirdiyini vurğuladı.

“Partiyamızın siyasi dinamizmini təmin edən mühüm amillərdən biri uğurlu gənclər siyasətinin həyata keçirilməsi, Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə güclü ictimai dəstək nümayiş etdirməsidir. Bunun nəticəsi özünü gənclərin Yeni Azərbaycan Partiyasına daimi və sürətli axınında göstərir.Bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Partiyamız tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji düsturu olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə və mənimsənilməsinə vacib töhfələr verir. Dünya azərbaycanlılarının, o cümlədən mütərəqqi qüvvə olan gənclərin milli ideologiyanı əxz edərək yüksək vətənpərvərlik nümayiş etdirməsində YAP-ın bu istiqamətdə məqsədyönlü fəaliyyətinin müstəsna rolu var. Bu, həmçinin Azərbaycanın sabitlik adası və təhlükəsizlik məkanı kimi sürətli və dayanıqlı inkişafına etibarlı zəmin yaradır. Prezident, partiyamızın Sədri İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.Əlbəttə, yenilikçi və fəal qüvvə olan, daim irəliyə baxan və perspektivi düşünən təbəqənin – sağlam düşüncəli gənclərin vahid seçiminin Yeni Azərbaycan Partiyası olması təsadüfi deyil. Çünki vətəndaşların ali mənafeyini qoruyan, gənclərin xalqa və dövlətə faydalı ideyalarını dəstəkləyən YAP Azərbaycanın dünəni, bugünü olduğu kimi, gələcəyi – aydın sabahı və parlaq perspektivi olduğunu da öz əməli fəaliyyəti ilə sübuta yetirib. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın bugününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır.”