49 yaşlı qadın dəm qazından öldübackend

Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30 /1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda tək yaşayırmış. Hadisənin baş vermə səbəbləri araşdırılır.