50 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası tətbiq edilə bilər…backend

Dünya miqyasında normallaşma çalışmaları yeni başlayarkən koronavirusa yoluxanların sayının yenidən yüksəlməsi İngiltərəni təşvişə salıb.

“Yeni Gündəm” xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin “Times” qəzeti baş nazir Boris Consonun 50 yaş ilə 70 yaş arası şəxslərin küçəyə çıxmasının qadağan olunacağı bir ssenari üzərində çalışma təlimatı verdiyini iddia edib.

Sözügedən xəbərdə hökumətin üzərində çalışdığı iddia edilən plan daxilində koronavirusun paytaxt Londonda və ətrafında sürətlə yüksəlməsi halında ciddi səyahət məhdudiyyətlərinin də tətbiq ediləcəyi bildirilib.